Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubu Türkiyə I Liqasının 33-cü turunda səfərdə “Bodrumspor”a uduzub. Matc.az xəbər verir ki, Kocaeli təmsilçisinin 0:3 hesabı ilə məğlub olduğu görüşə Ramil start heyətində çıxsa da, həmyerlimiz ilk hissənin sonlarında əvəzlənib.

Əvvəlcə Ramilin erkən əvəzlənməsinin zədə ilə bağlı olduğu ehtimal edilib. Lakin Türkiyə mediası bu ehtimalı təkzib edən məlumat yayıb. Bildirilib ki, 28 yaşlı futbolçunun fasilədən əvvəl dəyişdirilməsinin səbəbi onun zəif çıxışı ilə bağlı olub. Belə ki, “Kocaelispor” həmin vaxt 2 top fərqi ilə geridə olduğundan, məşqçilər heyəti erkən dəyişikliyin qaçılmaz olduğunu düşünüb. Şeydayevin oyunundan razı qalmadıqları üçün onu xorvatiyalı Yosip Vukoviçlə əvəzləməyə gərək duyulub.

Qeyd edək ki, hazırda aktivində 55 xal olan “Kocaelispor” turnir cədvəlində 6-cıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest