Topaz Premyer Liqasının VIII turunun "Qəbələ" – "Neftçi" oyunu qalmaqalla yadda qalıb. Matç.az saytı xəbər verir ki, ikinci hissənin gedişində komandaların azarkeşləri arasında dava düşüb.

"Qəbələ"nin ikinci topu vurub hesabı 2:0 etməsindən sonra iki klubun fanatlar bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb. Sonra "Neftçi" azarkeşləri əks tərəfin qərarlaşdığı sektorlara pirotexniki əşyalar atıb. Münaqişə stadiondakı polislərin sayəsində yatızdılrılıb. Onlar paytaxt təmsilçisinin fanatların əyləşdiyi sektora gedərək aranı sakitləşdirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest