PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”ın oyunçusu kimi təqdimatı avqusta təxirə salına bilər. Matc.az xəbər verir ki, İspaniya klubu 25 yaşlı forvardı avqustun əvvəlində, komanda ABŞ turundan qayıdanda təqdim etməyi planlaşdırır.

Məsələ burasındadı ki, Fransa millisinin baş məşqçisi Didye Deşam iyunun 14-də başlayacaq Avropa çempionatının startına iki həftə qalmış komandanı bir araya gətirəcək.

Mbappe hətta 80 milyon avroluq loyallıq bonusundan da imtina edib. O, həmçinin AVRO-2024-dən əvvəl gələcək klubunu açıqlayacağını bildirib. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Qeyd edək ki, Kilian Mbappe PSJ-nin heyətində 37 oyun keçirib, 38 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest