“Qarabağ”ın futbolçusu Yassin Benzia “Puşkaş mükafatı”na layiq görülə bilər. Matc.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, uzun fasilədən sonra Əlcəzair millisinə çağırılan yarımmüdafiəçinin “FIFA series - Edition 2024” layihəsində Cənubi Afrika Respublikası (CAR) ilə görüşdə vurduğu sonuncu qol möhtəşəm alınıb: “Matçın qəhrəmanı olan Benzianın 70-ci dəqiqədə akrobatik tullanışla vurduğu qol “Puşkaş mükafatı”na layiqdir. Çox güman ki, bu, namizədlər sırasında olacaq”.

Qeyd edək ki, 3:3 hesabı ilə başa çatan qarşılaşmada Benzia 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest