İngiltərə klubu “Sauthempton”u ağır qrafik gözləyir. Matc.az xəbər verir ki, komanda martın 29-dan aprelin 27-dək, yəni 29 gün ərzində 9 oyun keçirəcək.

Görüşlər arasında ən uzun fasilə dörd gün olacaq. Komanda Çempionşipdə 36, digərləri isə 37-38 matç keçiriblər. “Sauthempton”un təqviminin sıxlığı bununla bağlıdı.

Qeyd edək ki, “Sauthempton” hazırda 73 xalla turnir cədvəlinin 4-cü pilləsindədi. Komanda Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest