Braziliya millisinin futbolçusu Endrik tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, o, İspaniya (3:3) və İngiltərə (1:0) ilə oyunlarda fərqlənərək buna nail olub.

17 yaşlı hücumçu hər iki qarşılaşmada sonradan mübarizəyə qoşularaq qol vurub. Endrik ümumilikdə 49 dəqiqədə iki dəfə fərqlənməyi bacarıb. Bununla o, əfsanəvi Pelenin rekordunu yeniləyib. “Kral” yığmada ilk qolunu 54 dəqiqəyə vurmuşdu.

Qeyd edək ki, hazırda “Palmeyras”ın formasını geyinən Endrik mövsümün sonunda “Real”a keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest