Matc.az xəbər verir ki, pley-offun finalında Gürcüstan Yunanıstanla, Ukrayna İslandiya, Polşa isə Uelslə qarşılaşıb.

Bu gün Avropa çempionatının son üç iştirakçısı müəyyənləşib.

Matc.az xəbər verir ki, pley-offun finalında Gürcüstan Yunanıstanla, Ukrayna İslandiya, Polşa isə Uelslə qarşılaşıb.

Gürcüstan millisi penaltilər seriyasında 4:2 qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Gürcülər Avropa çempionatında F qrupunda Portuqaliya, Türkiyə, Çexiya ilə mübarizə aparacaqlar.

Günün digər oyununda Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək AÇ-2024-ə vəsiqə qazanıb. Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək.

Polşa isə Uelslə üz-üzə gəlib. Burada polşalılar penaltilər seriyasında üstün tərəf olaraq qitə çempionatına yollanmaq hüququ qazanıb. Komanda AÇ-də D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest