AVRO-2024-ün daha bir iştirakçısı bilinib.

Matc.az xəbər verir ki, pley-offun ilk finalında Gürcüstan Yunanıstanla qarşılaşmada penaltilər seriyasında 4:2 qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Vili Sanyolun rəhbərlik etdiyi kollektiv AVRO-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest