"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə çağırılıb.

Matc.az klubun saytına istinadən xəbər verir ki, yığmanın KONKAKAF  Millətlər liqasının dördlər finalı üçün yekun heyətində müdafiəçi də yer alıb. 

Qeyd edək ki, Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı 24 mart tarixində olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest