“Neftçi” – “Spartak” oyununun biletləri satışa çıxarılıb.
 
Matc.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
 
“Neftçi Arena”da keçiriləcək yoldaşlıq oyununun biletlərinin qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) manatdır. Azarkeşlər bu biletləri “iticket.az” vasitəsilə əldə edə bilərlər.
 
“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq. Bunun üçün azarkeşlər 2 manat ödəməlidir.
 
Qeyd edək ki, martın 23-də keçiriləcək “Neftçi” – “Spartak” matçı saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest