Olivye Jiru cari mövsümün “Milan”ı tərk etməyə hazırlaşır. Matc.az xəbər verir ki, ulduz futbolçu yaya qədər olan müqaviləsini yeniləməyib.

Fransa millisinin üzvü karyerasını MLS-də davam etdirmək variantında maraqlıdı. 37 yaşlı forvard Los-Anceles və ya Nyu-Yorka köçmək istəyindədi.

Yəni onun üçün mümkün komandalar bunlardı – “Los Anceles”, “Los Anceles Qalaksi”, “Nyu York Red Bullz” və “Nyu York Siti”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest