Fransa Liqa 1-nin XXVI turunda “Monpelye” ilə səfər oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü 6:2 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol, 1 assistlə yadda qalıb.

Bununla Mbappe karyerasında 450-ci dəfə qolda yaxından iştirak edib. 25 yaşlı forvard PSJ, “Monako” və Fransa millisinin heyətində keçirdiyi ümumilikdə 432 görüşdə 323 qol vurub, 130 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kilian Mbappe hazırda 24 qolla çempionatda bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest