“Qarabağ” qol vurdu, azlıqda qaldı, yenə qol vurdu, lakin müdafiədə fədakar oyun göstərsə də, əlavə vaxta çata bilmədi”. Matc.az xəbər verir ki, bunu Rusiyanın nüfuzlu saytlarından olan “football.kulichki” yazıb.

“Bayer” – “Qarabağ” görüşünü onlayn yayımlayan Artur Qayamovun fikrincə, Leverkuzen təmsilçisi həm xarakter, eyni zamanda qələbə əzmi nümayiş etdirərək, mərhələ adlayıb: “Belə matçlardan sonra heç bir güc və ya emosiya qalmır. Ssenarinin özü belə oyunlar haqqında hər hansı sözdən daha yaxşı danışır. Xabi Alonsonun komandası üç kubok uğrunda mübarizəni davam etdirir, amma “Qarabağ” bu qədər üzülməməlidir, çünki bu Avropa Liqasındakı çıxışı ilə, xüsusən də bugünkü oyunla Qurban Qurbanovun komandası artıq adını tarixə yazıb”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest