“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 final mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Almaniyada yerli “Bayer”in qonağı olub. Dramatik keçən qarşılaşma Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Ağdam təmsilçisi Avroliqada mübarizəni dayandırıb.

Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunu
14 mart

“Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan) 3:2

Qol: Frimponq, 72. Şik, 90+2, 90+7 - Zubir, 58. Juninyo, 67
Leverkuzen, “BayArena”. Baş hakim: Entoni Teylor
İlk oyun - 2:2

"Bayer": 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Endrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka
Baş məşqçi: Xabi Alonso

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10, Abdullah Zubir, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest