I divizionun bir oyunu təxirə salınıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, XXIII turun "Zaqatala" – "Qarabağ-2" görüşü baş tutmayacaq.

Bu gün Zaqatalada keçirilməli olan qarşılaşmanın baqa vaxtda oynanılması qərara alınıb. Buna səbəb güclü yağışın yağmasıdı. Matçın keçirilmə tarixi hələlik bəlli deyil.

Qeyd edək ki, hazırda "Zaqatala" 3-cü, "Qarabağ-2" isə 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest