"Real"ın daha bir futbolçusu komandanı tərk etmək qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Rafael Varandan sonra yarımmüdafiəçi Toni Kroos da karyerasını başqa klubda davam etdirməyi planlaşdırır.

29 yaşlı futbolçu "Mançester Siti", "Mançester Yunayted", "İnter" və "Yuventus"un maraq dairəsindədi. Almaniya millisinin üzvü özü də bu komandalardan birinə keçməkdə maraqlıdı. "Real" rəhbərliyi isə onun gedişindən sonra yaranacaq boşluğu Pol Poqba və Kristian Eriksen kimi oyunçularla doldurmaq niyyətindədi.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən "Real"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest