PSJ-nin baş məşqçisi Tomas Tuxel cəzalandırılıb. Matc.az saytı xəbər verir ki, Nizam-İntizam Komitəsi almaniyalı mütəxəssisə cəza kəsib.

Buna səbəb onun Liqa1-in XXXI turunda "Strasburq"la (2:2) qarşılaşmanın sonlarında texniki zonadan qovulması olub. Tuxel "Nant"la qarşıdakı oyunda tribunada yer alacaq. XXVIII turdan təxirə salınan görüş aprelin 17-də keçiriləcək.

Buna qədər isə PSJ aprelin 14-də XXXII tur çərçivəsində "Lill"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest