"Ayaks"ın müdafiəçisi Matteys de Liqtin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu yayda "Barselona"ya keçəcək.

"Yuventus" və "Barselona"dan təklif alan Amsterdam klubu daha yaxşı münasibətdə olduğu kataloniyalılarla ortaq məxrəcə gəlib. İlkin razılığa görə, keçid ispanlara 70 milyon avroya başa gələcək. de Liqt özü də karyerasını "Barselona"da davam etdirməkdə maraqlıdı.

Qeyd edək ki, bu mövsüm Hollandiya çempionatında 26 oyun keçirən Matteys de Liqtin aktivində 2 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest