Qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yığışır. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qadınlarımız aprelin 1-dən 6-dək Bakıda hazırlıq keçəcək.

Yığmamız bu müddət ərzində iki yoxlama görüşü keçirəcək. Belə ki, aprelin 3-də və 6-da "Dalğa Arena"da Estoniya yığması ilə sınaq xarakterli matç olacaq. Həmin oyunlar üçün heyətə 22 futbolçu dəvət edilib.

Millimizin heyəti: Aytac Şərifova, Ayşən Əhmədova, Nərgiz Hacıyeva, Aysun Əliyeva, Vüsalə Seyfəddinova, Rövşanə Sərdarlı (hamısı "Uğur Sumqayıt"), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Roza Quliyeva, Firəngiz Teymurova (hamısı "Keşlə"), Arzu Əliyeva, Kamilla Məmmədova, Vüsalə Hacıyeva (hamısı "Qubek"), Manə Mollayeva, Sevinc Cəfərzadə (hər ikisi "Kubanoçka", Rusiya), Yeliz Açar ("Fatih Vatan", Türkiyə), Həqiqət Qasımova, Sona Rəhimova (hər ikisi 8 - iOEUGiM), Güləmbər Qasımova ("Qəbələ"), Diana Məmmədova (CYSS, Krasnoyarsk, Rusiya), Naida İmanova ("Parnu", Estoniya), Kristina Bakarandze ("Hakkarigücü", Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest