CIES futbol observatoriyası 2022-23 mövsümündə ən çox baş məşqçi dəyişikliyi olan çempionatları açıqlayıb. Matc.az xəbər verir ki, dünyanın 60 yüksək liqasının 850 komandası araşdırılıb ki, onlardan 484-nün mövsümün gedişində baş məşqçisini dəyişdiyi üzə çıxıb.
 
Azərbaycan Premyer Liqası da şirkətin diqqətindən yayınmayıb. çempionatımızda cari mövsüm ümumilikdə 4 mütəxəssis dəyişikliyi olduğu vurğulanıb. Bu isə 40 faizlik göstərici deməkdi. Faiz nisbəti ilə götürüldükdə Azərbaycan çempionatı baş məşqçisinə ən çox güvənən 11-ci liqadı.
 
Ən az dəyişiklik Hindistan Super Liqasında olub. 11 komandalı çempionatda cəmi 1 dəfə baş məşqçi istefası qeydə alınıb. Bosniya və Herseqovina komandaları isə hamıdan çox dəyişikliyə gediblər. Təsadüfi deyil ki, bu liqada 12 komanda ümumilikdə 11 dəfə mövsümə başladıqları mütəxəssislə yola davam etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest