Azərbaycanın tanınmış volosipedçisi Elçin Əsədov peşəkar karyerasını bitirib. Matc.az xəbər verir ki, 36 yaşlı idmançı bunu "Instagram"da açıqlayıb:
 
"Ailəmə, dostlarıma, məşqçilərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İdman insanları birləşdirir və şükürlər olsun ki, gözəl insanlar, ölkələr tanıdım. Yarış üçün darıxacağam. Amma velosiped sürməyi sevməyə davam edəcəyəm".
 
Xatırladaq ki, Elçin Əsədov bir sıra beynəlxalq yarışların, eləcə də Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest