Afrika təmsilçisi finalda Argentina ilə üz-üzə gəlib. Qarşılaşma Mərakeşin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, Çilidə keçirilən mundialın ən güclüsü Mərakeş millisi olub.

Afrika təmsilçisi finalda Argentina ilə üz-üzə gəlib. Qarşılaşma Mərakeşin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionluğu gətirən qolları Yassir  Zabiri vurub. Bu, Mərakeş yığmasının dünya çempionatında ilk belə uğurudur.

Qeyd edək ki, 3-cü yer uğrunda oyunda Fransanı məğlub edən (1:0) Kolumbiya turnirin bürünc medallarını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest