"Real"ın sabiq futbolçusu Royston Drente insult keçirib.

Matc.az xəbər verir ki, bu barədə niderlandlı yarımmüdafiəçinin formasını geyindiyi həvəskar klub olan "FC de Rebellen"in sosial şəbəkə səhifələrində məlumat paylaşılıb.

38 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib. Təcrübəli futbolçu hazırda həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, Roytson Drente karyerası ərzində "Feyenord", "Real", "Everton" kimi klublarda çıxış edib.O, Niderland millisinin heyətində 1 oyun keçirib. Drente 2023-cü ilin noyabr ayında peşəkar karyerasını başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest