Vüsal da bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. İsgəndərli matçın oyunçusu seçilib.

Futbol üzrə Albaniya çempionatında 7-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Flamurtari" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. İsgəndərli matçın oyunçusu seçilib.

7 turdan sonra aktivində 7 xal olan "Partizani" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest