"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
"Səmimi olacağam: hərdən oyundan sonra aqressiv danışırıq. Otaqda gedib sakitləşdim. Soyunub-geyinmə otağına gedib futbolçulardan üzr istədim. Baş məşqçi olaraq mən uduzdum. Əvəzetmələr bizi məhv etdi. Günahkar mənəm. Azarkeşlərdən üzr istəyirəm. Son dəqiqələrdə qol vursaydıq, bəlkə də, bu sözləri deməzdim. Oyunun gedişatında düşünürdüm ki, görəsən, bunları niyə etdim? Səhvimdən dolayı uduzduq. Biz də insanıq, səhvlər edirik. Ən yaxşı edə biləcəyimiz bundan sonra toparlanmaqdır. ümid edirəm ki, bu durumdan çıxarıq. Turnir cədvəlində üst sıralarda olsaq da, bu, bizi rahatlaşdırmır. Həddindən artıq çətin səfər oyunları bizi gözləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest