"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 31-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 31-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sumqayıt" çətin rəqibdir. Samir hoca yaxşı kollektiv formalaşdırıb. Uda da bilərdik, uduza da bilərdik. Yolumuza davam edirik. Futbolçularıma təşəkkür edirəm. Xarakter nümayiş etdirdilər.
 
Oyunu hissələrə bölməzdim. Biz oyundan qopmamışdıq. Rəqib bizə təzyiq göstərirdi. 0:2-dən sonra geri dönüş etmək çox ağırdır. Sevinirəm ki, komandamda ruhu sağlam insanlar var.
 
Aqressiyamı futbolçular normal qəbul edirlər. Ola bilər ki, bu, futbolçularıma müsbət təsir edir. Qərarları qəbul edən hakimdir.
 
Siz qıraqdan fiziki durumumuzun yaxşı olduğunu görə bilərsiniz. Futbol detallardan ibarətdir. Hərdən alınır, hərdən isə istədiyini görə bilmirsən. Geri dönüş etməyi futbolçularımın iradəsi ilə bağlayıram. Məğlub da ola bilərdik.
 
öncədən bilirdik ki, hazırkı period bizə çətin olacaq. Məncə, indiki durumda heyətimiz genişdir. Rotasiya etmək mümkündür.
 
Futbolun sirr çubuğu yoxdur. Oyunlar olur ki, 7-8 epizod dəyərləndirə bilmirdik. İndi isə yaratdığımız epizodları dəyərləndirə bilirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest