Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

"Sumqayıt" doğma meydanda "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı oyunda qonaq komanda əzmkar qələbəyə imza atıb.

Xatırladaq ki, turun əvvəlki oyun günlərində "Sabah" səfərdə "Turan Tovuz"a 2:0 hesabıyla qalib gəlib. "Şamaxı" - "Kəpəz" (1:1), "Qarabağ" - "Zirə" (2:2) və "Səbail" - "Neftçi" (1:1) matçlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
XXXI tur
23 aprel

"Sumqayıt" - "Qəbələ" 2:3
Qol: Vüsal İsgəndərli, 58. Kərim Abubakar, 63 - Omar Hani, 74. Emil Səfərov, 78. Ramon Maçado, 90+5.
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
"Kapital Bank Arena", 18:00.

Sumqayıt: 25. İlnur Vəliyev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 14. ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest