"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov "Sumqayıt-2"-nin baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov "Sumqayıt-2"-nin baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
2016-cı ildə futbolçu kimi "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandanın baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest