Misli Premyer Liqasının XXX turunda keçirilən "Sabah" – "Qarabağ" oyunu ilə bağlı AFFA İntizam Komitəsi qərarlarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, yanğından mühafizə xidməti maşını görüşə təyin olunan vaxtdan gec gəlib. Bu, "Sabah"ın 400 manatlıq cərimələnməsinə yol açıb.

Azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması "Sabah"ı daha 1600 manat ziyana salıb. Həmçinin qarşılaşmanın ardından meydançaya kənar şəxslər daxil olduğundan, bakılılar 1600 manat cərimələnib.
 
"Qarabağ"ın azarkeşləri tərəfindən isə meydançaya kənar əşyalar atılıb. Bu üzdən ağdamlılar 1600 manat cərimə ilə üzləşib. Eyni zamanda qonaq komandanın azarkeşləri 155 oturacaq sındırıblar. Meydan sahibinə dəymiş zərərin "Qarabağ" tərəfindən ödənilməsi qərara alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest