CIES futbol observatoriyası 2020-ci ildən bəri hakimlər tərəfindən təyin olunan penaltilərin tezliyinə görə dünyanın 75 liqasını araşdırıb. Matc.az saytı xəbər verir ki, Misir Premyer Liqası hər 172 dəqiqədən bir verilən penalti ilə siyahıya başçılıq edir.

Səudiyyə Ərəbistanı Pro Liqası (hər 178 dəqiqədən bir) ikinci, Rusiya Premyer Liqası (hər 187 dəqiqədən bir) üçüncü pillədədi.

İtaliya A seriyası (hər 235 dəqiqədən bir) Avropanın "böyük beşlik" ölkələri arasında ən yaxşı göstəriciyə malikdi.

Araşdırmaya əsasən, Azərbaycan Premyer Liqası 49-cu sırada yer alıb. Son üç il ərzində çempionatımızda orta hesabla 291 dəqiqədən bir penalti təyin olunub. Bunun 80,3 faizində isə zərbə qolla tamamlanıb. Faiz nisbətində Premyer Liqamız dünyanın 16-cı çempionatıdır. Bu baxımdan lider Fransa Liqa1-di. Fransızlarda 82,2 faizlik dəqiqlik müşahidə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest