Qarşılaşmanı cəmi 7000 tamaşaçı tribunalardan canlı izləyib ki, bu da çempionatın XXX turunun ən yüksək, cari mövsümün isə ikinci ən yaxşı göstəricisidir.

Misli Premyer Liqasında XXX tura yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah" bu turda evdə "Qarabağ"la qarşılaşıb.
 
"Bank Respublika Arena"da baş tutan və "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşə azarkeşlər tərəfindən böyük maraq olub.
 
Belə ki, qarşılaşmanı cəmi 7000 tamaşaçı tribunalardan canlı izləyib ki, bu da çempionatın XXX turunun ən yüksək, cari mövsümün isə ikinci ən yaxşı göstəricisidir.
 
Qeyd edək ki, cari mövsümün rekordu da məhz Masazırda, çempionatın XIV turu çərçivəsində baş tutmuş "Sabah" – "Qarabağ" oyununda (0:0) qeydə alınmışdı – 10000 tamaşaçı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest