"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 30-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib

"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 30-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"çox yaxşı matç oldu. Hər iki komanda yaxşı oyun sərgilədi. Kifayət qədər aqressiv futbol izlədik. Oyunun sonlarına yaxın gərginlik var idi. Futbolçulara təşəkkür düşür ki, bu gərginliyin öhdəsindən gəldilər. Bu gün bizim üçün tarixi qalibiyyət idi. Buna görə də uşaqları təbrik etdik. Futbolçulara da dedim ki, bu, bizim üçün tarixi qələbədir.
 
Biz bu gün layiqli qələbə qazandıq. Əlbəttə ki, hər iki tərəfin təhlükəli qol epizodları oldu. İkinci hissədə iki dəfə qol fürsətindən yararlana bilmədik. Düşünürəm ki, bu, ədalətli qələbədir. Bəxt sayəsində qalib gəlmədik.
 
Qarşıda altı oyunumuz var. "Qarabağ"ın necə çıxış edəcəyi bizə maraqlı deyil. Bütün matçlarda qalib gəldikdən sonra necə vəziyyətin yarandığına baxacağıq.
 
Bu gün Abdullaye Banın kapitan olması kollektivin qərarıdır. Bizdə kapitan və vitse-kapitanlar var. Ba da vitse-kapitanlardan biridir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest