Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Turun son matçında isə lider "Qarabağ" əsas izləyicisi "Sabah"ın qonağı olub. üç qolun qeydə alındığı matç "Sabah"ın qələbəsiylə yekunlaşıb. Hansı ki, bu, sözügedən komandanın Ağdam təmsilçisi üzərindəki ilk qələbəsi kimi tarixə düşüb. 

Xatırladaq ki, daha öncə "Zirə" "Səbail"lə (3:1), "Kəpəz" isə "Turan Tovuz"la (1:0) ev oyunundan qalib ayrılıb. "Neftçi" isə "Qəbələ"yə 1:2 hesabıyla uduzub.

Misli Premyer Liqası
XXX tur
16 aprel

"Şamaxı" – "Sumqayıt" 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli
Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

"Sabah" – "Qarabağ" 2:1
Qol: C.L.Mikels, 72; 76 - R.Almeyda, 86-pen.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. "Bank Respublika Arena", 19:00.

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.
Qarabağ: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest