"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:
 
"Maraqlı oyun alındı. "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Amma qırmızı vərəqə planlarımızı pozdu. 10 nəfərlə mübarizə aparmaq çətin idi. Baxmayaraq ki, meydanda azlıqda qalanda futbolçular daha çox motivasiyalı, istəkli olur. çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansadan istifadə etməyə çalışağıq. Amma futbolçulara inaıram. Qarşımıza məqsəd qoymuşuq. Ona çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq.
 
Oduva tam hazır deyildi. 60-70 dəqiqə meydanda olmasını istədik. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belaydi Pusini buraxdıq. Oyuna yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi.
 
ötən oyundakı istefa şüarlarını klub olaraq çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi dəstəklədiklər. Bu gün inkişafın ilk mərhələsindəyik. Belə maneələr olacaq. Azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik. Səbrli olmalıyıq.
 
Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb "Kəpəz" futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest