Azərbaycan millisinin sabiq futbolçusu Murad Ağayevin karyerasını Moldovada davam etdirmək arzusu baş tutmayacaq. Matc.az-ın yerli moldfootball.com saytına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "Sfıntul George" klubu ilə anlaşmayıb.

Ağayev iki həftə Moldova klubunda baxışdan keçib. Məşqçilər korpusu onun oyunundan məmnun qalsa da, tərəflər müqavilə məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Anlaşma əldə olunmadığından, Ağayev "Sfıntul George"nin düşərgəsini tərk edib.

Qeyd edək ki, Rusiya futbol məktəbinin yetirməsi olan Murad Ağayev peşəkar karyerası ərzində "Sumqayıt", AZAL, "Neftçi" və "Səbail"in formasını geyinib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest