Misli Premyer Liqasında XXVII turun və III dövrənin son oyunu "Qəbələ" ilə "Şamaxı" arasında baş tutacaq. Matc.az xəbər verir ki, martın 17-də keçiriləcək matç komandalar arasında 63-cü duel olacaq.
 
Rəqiblər ümumilikdə 62 dəfə görüşüb. 21 dəfə qalib gələn "Qəbələ" 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 69 top keçirən "Qəbələ" futbolçuları 81 qol buraxıblar. "Qəbələ"də Daniel Subotiç daha çox - 5 qol vurub. 
 
"Qırmızı-qaralar" "Şamaxı" ilə Premyer Liqada 58-ci dəfə görüşəcək. çempionatda 18 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. "Şamaxı" top fərqində də üstündür – 74-62.
 
"Qəbələ" 32-ci dəfə "Şamaxı"nı qəbul edəcək. 11 ev qələbəsi qazanan "qırmızı-qaralar" 13 heç-heçə edib və 7 dəfə uduzub. öz meydanında 36 qol vuran "Qəbələ" futbolçuları 31 top buraxıblar.
 
Xatırladaq ki, martın 17-də keçiriləcək  "Qəbələ" – "Şamaxı" oyununa saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest