Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alıb. "Qarabağ"ın baş məşqçisinin mövqeyində yenə dəyişiklik olub.

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi kimi Qurban Qurbanov yer alıb.

"Qarabağ"ın baş məşqçisinin mövqeyində yenə dəyişiklik olub. O, ötən həftə olduğu kimi, bu dəfə də geriləyib. Hesabındakı 1073 xal qalsa da, Qurbanov 5 pillə geriləyərək, 520-ci yerə düşüb.

İlk "üçlük"də yenə dəyişiklik olmayıb. "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo liderliyini davam etdirir. Aktivinə daha 251 xal yazdıran Qalyardonu (14883) ikinci yerdə qərarlaşan "Barselona"nın çalışdırıcısı Ernesto Valverde izləyir. Onun isə aktivindən 291 xal silinib - 14338. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12227) qapayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest