"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu rəhbərliklə hərtərəfli razılıq əldə edib.

Şou "qırmızı şeytanlar"la yeni 5 illik sözləşmə imzalayacaq. Onun həftəlik məvacibi 100 mindən 160 min funt-sterlinqə yüksəldilib. Bununla Şou "mankunianlar"ın ən yüksək ödənişli müdafiəçisinə çevriləcək.

Qeyd edək ki, "Mançester Yunayted"də ən çox maaş alan futbolçu Aleksis Sançesdi (350 min funt-sterlinq).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest