Əfsanəvi braziliyalı Pelenin komanda yoldaşı olmuş Koutinyo vəfat edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya yığması və "Santos"da Pele ilə çiyin-çiyinə çıxış etmiş keçmiş futbolçu 75 yaşında dünyasını dəyişib.

O, 1962-ci ildə çilidə keçirilən dünya çempionatının qalibi olub. Klub karyerasında 457 oyun keçirən Koutinyo 368 qola imza atıb.

"Ən böyük məsləhətçilərimizdən birini itirdik. Koutinyonu, onun qollarını və qazandırdığı qələbələri heç vaxt unutmayacağıq", - deyə "Santos" klubu tvitter səhifəsində paylaşım edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest