Zinəddin Zidan "Real"a qayıdıb. Matc.az saytının məlumatına görə, bu barədə "kral klubu" rəsmi açıqlama yayıb.

Bildirilib ki, klubun bu gün keçirilən iclasında Santyaqo Solari ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Onun əvəzinə isə fransalı mütəxəssis kluba baş məşqçi təyin olunub. Zidanla 2022-ci ilə kimi müqavilə imzalanıb.

Bu, Zidanın "kral klubu"nda ikinci məşqçilik dönəmi olacaq. O, 2016-2018-ci illərdə kluba rəhbərlik edərək "Real"ı 149 oyuna çıxarmışdı. Bu görüşlərin 104-də qələbə qazanan Madrid təmsilçisi 29 dəfə bərabərlik əldə etmişdisə, 16 dəfə də məğlubiyyətə üzülmüşdü.

Fransalı mütəxəssisin rəhbərliyi altında "Real" 3 dəfə ardıcıl çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə Klublararası dünya çempionatının, bir dəfə isə La Liqa çempionluğunu və İspaniya Super Kubokunu əldə edib.

Qeyd edək ki, bu gün "Santyaqo Bernabeu" stadionunun mətbuat zalında president Florentino Pereslə bilrikdə Zidanın təqdimat mərasimi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest