Misli Premyer Liqasının 24-cü turunda keçiriləcək "Turan Tovuz" – "Zirə" matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Tovuz klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, azarkeşlər bu gün baş tutacaq qarşılaşmanın biletlərini stadionun kassasından ala bilərlər. Bilerlərin qiyməti 2 manatdır.
 
Qeyd edək ki, "Turan Tovuz" – "Zirə" görüşü saat 14:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest