"Atletik"in baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, ispan mütəxəssis Azərbaycan çempionunun yaxşı komanda olduğunu deyib:
"Rəqibimiz yaxşı komandadır. Reallıq budur ki, "Qarabağ" ön sıralardadır, biz isə sonuncuyuq. Sabahkı matç bizim üçün xal qazanmağa başlamaq fürsətidir. Onlar daha dincəlmiş vəziyyətdə gəlirlər. Çünki çempionatda bizdən iki gün əvvəl oynayıblar. Bu oyun çox vacibdir, bunun fərqindəyik. Hücumda və müdafiədə daha yaxşı oynayan komanda qələbə qazanmağa daha yaxındır. Biz hər iki sahədə ən yaxşısını göstərmək istəyirik".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.