Bilirik ki, bu, çox çətin oyun olacaq, çünki onlar artıq öz güclərini sübut ediblər. Buraya gəzintiyə gəlməyiblər, bizim kimi üç xal üçün mübarizə aparacaqlar".

"Atletik"in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Qarabağ"la matçından öncə mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi Azərbaycan təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib:

"Bu, mühüm, həyati oyundur. Hazırda sıfır xalımız var və qarşıda altı oyun qalır, onlardan üçü evdədir. Güclü olmalı, doğma meydan üstünlüyündən yararlanmalıyıq. Qələbəyə ehtiyacımız var və bunun üçün oynayacağıq. "Qarabağ"ın Çempionlar Liqasında altı xalı var. Biz də istərdik ki, bu vəziyyətdə olaq. Bilirik ki, bu, çox çətin oyun olacaq, çünki onlar artıq öz güclərini sübut ediblər. Buraya gəzintiyə gəlməyiblər, bizim kimi üç xal üçün mübarizə aparacaqlar. Özümüzü favorit hesab etmirik, əsla. Onlara hörmətlə yanaşmaq lazımdır, çünki nəyə qadir olduqlarını göstəriblər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest