"Qəbələ"nin üç futbolçusu Misli Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutacaq "Səbail"lə səfər oyununda iştirak etməyəcək. Matc.az xəbər verir ki, qapıçı Kristof Atanqana fərdi məşqlərlə kifayətlənir.
 
Yarımmüdafiəçi Omar Hani isə məşqdə zədələnib və sabah keçiriləcək görüşdə iştirak edə bilməyəcək. Müdafiəçi Rüfət Əhmədov da bərpa prosesini davam etdirir.
 
Zədəsini sağaldan Ramon Maçado isə artıq komandanın hazırlıq prosesinə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest