Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi. Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalıdı, Klennon zədəlidi. Həmçinin Sərtan ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi.

"Maraqlı oyun oldu. Hər iki komandanın ifasında qarşılıqlı hücumlar oldu". Matc.az saytı xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.
 
Topaz Premyer Liqasının XX turunun açılış oyununda "Sabah"ı qəbul edən paytaxt təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun qalibiyyət şərhi belə olub: "Bu gün daha istəkli idik, komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi. Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalıdı, Klennon zədəlidi. Həmçinin Sərtan ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi".
 
Əhmədov rəqibi düzgün təhlil etdiklərini söyləyib: "Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsanız belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest