İngiltərə Premyer Liqasının 8-ci turunun "Mançester Yunayted"lə təxirə salınmış oyunu "Lids"in futbolçusu Vilfrid Nyonto üçün əlamətdar olub. Matc.az xəbər verir ki, gənc oyunçu vurduğu qolla 22 illik rekordu qırıb.
 
Nyonto 19 yaş 95 günlüyündə fərqlənməklə 2001-ci ildən bəri "Old Trafford"da qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. Ona qədər sonuncu dəfə Cermeyn Defo 19 yaş 62 günlüyündə "Vest Hem"in heyətində bu arenada adını tabloya yazdırıb.
 
Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb. "Lids" hazırda 19 xalla 16-cı pillədə qərarlaşıb.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest