AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Matc.az saytı xəbər verir ki, "Hilton" otelində baş tutan konfransda giriş sözü ilə çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə baş tutacaq Avropa Liqasının final görüşü barədə danışıb.
 
O, bunun üçün hər cür şərait yaradıldığını vurğulayıb: "İlk növbədə futbol ictimaiyyəti adından cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu il Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün cənab prezident tərəfindən hər cür əlverişli şərait yaradılıb".
 
AFFA prezidenti daha sonra klublarımızın arokuboklardakı çıxışına toxunub. O, həmçinin yığma komandamızın Millətlər Liqasında uğursuz nəticə əldə etdiyini də bildirib: "Qarabağ" bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram".
 
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmana yüksək səviyyədə qayğı göstərildiyini söyləyib: "Azərbaycanda idmana qayğı hər zaman dövlət siyasətinin bir hissəsi olub. Bakıda və müxtəlif şəhərlərimizdə beynəlxalq yarışlar keçirilir. Futbol da ən populyar idman növü kimi, bu tədbirlərdən geri qalmır. Bu il Avropa Liqasının final görüşü ölkəmizdə olacaq. Həmçinin hələn il Avropa çempionatının 4 oyunu Bakıda baş tutacaq. ölkə futbolunun inkişafı istiqamətində böyük işlər görülür. Əminəm ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü uğurla təşkil ediləcək".
 
Ardından ötən illə bağlı hesabat xarakterli video-çarx təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest