Azərbaycan I Divizionunda XII tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Qəbələ” ilə “Səbail”in əvəzediciləri arasındakı oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı MOİK – “Mingəçevir” oyununda “hərbçilər” qələbəyə sevinib. Lider “Araz Naxçıvan” isə “Qaradağ Lökbatan”la ev oyununda inamlı qələbə qazanıb.

I Divizion
XII tur
1 dekabr

“Qəbələ-2” – “Səbail-2” 1:1
Qol: Nicat Əliyev, 28 – Xəyal Bədirov, 75.
Hakimlər: Kamran Əliyev, Teymur Teymurov, Rasim Axundov, Rəsul Babayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

MOİK – “Mingəçevir” 3:2
Qol: Muxtar Nəzərli, 25. Kamil Hüseynov, 28. Tural Nəsirov, 35 – Tural Məmmədzadə, 1. Elvin Əlizadə, 80-pen. 
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Fəridə Lütfəliyeva.
Binə qəsəbə stadionu, 14:00.

“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” 2:0
Qol: Orxan Əliyev, 9; 67-pen.
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Orxan İbişov, Səbuhi Bayramov.
Naxçıvan Muxtar Respublika Stadionu, 15:00.

Turun digər nəticələri:

“Zirə-2” – “Zaqatala” 1:2
“Kəpəz-2” – “İmişli” 3:0
“Sumqayıt-2” – “Qarabağ-2” 0:2
“Turan Tovuz-2” – “Neftçi-2” 4:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest