"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib. Matc.az xəbər verir ki, turun ilk oyununda "Sabah" və "Sərhədçi" komandaları üz-üzə gəlib.
 
Görüşdə "Sərhədçi" klubu rəqibinə 91:84 hesabı ilə yenərək çempionatda üçüncü qələbəsini qazanıb.
 
Matçda ən məhsuldar basketbolçular - "Sabah"dan Kristiyan Roler (18 xal, 10 ribaund), "Sərhədçi"dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.
 
Turun növbəti oyunları NTD – "Gəncə", "Zirvə Astara" – "Neftçi", "AAAF Xırdalan" – "Olimpik Şəki" müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest