İtaliyalı mütəxəssis Fabio Kannavaronun yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, o, bundan sonra B Seriyasında mübarizə aparan “Benevento”nu çalışdıracaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Kannavaronun son klubu 2021-ci ilin sentyabrında tərk etdiyi Çinin “Quançjou” komandası olub. Bu, onun İtaliyada baş məşqçi kimi ilk təcrübəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest